"Qarabağ"ın futbolçusu Abbas Hüseynovun kollektivə qoşulacağı tarix bəlli olub.
Sportal.az saytına verilən məlumata görə, zədəli olduğu üçün uzun müddətdir ki, komandaya kömək edə bilməyən müdafiəçi artıq müalicəsini başa vurub.
Hüseynovun bu həftə fərdi məşqlərə başlayacağı gözlənilir.
O, ayın sonuna qədər kollektivlə məşqlərə start verəcək və mövsümün qalan hissəsində "Qarabağ"a kömək edə biləcək.
saytlarin hazirlanmasi