Bu gün Misli Premyer Liqasında 31-ci turunda "Zirə" doğma meydanda "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
- İlk növbədə futbolçularımı təbrik etmək istəyirəm. Vacib üç xal qazandıq. Birinci hissə bizim üçün daha rahat keçirdi. 2 top fərqi ilə irəlidə idik. "Sumqayıt" haqda oyunçularımıza məlumat vermişdik. Onlara baxımlı və rəngarəng futbol oynayan komanda olduğunu demişdik. Vaqif Cavadov çox yaxşı işlər görür. İkinci hissənin əvvəlində qol buraxdıq. O qoldan sonra müəyyən stress yarandı. "Sumqayıt" irəli getməyə başladı, hücum potensialını artırdı. Biz də daha çox müdafiəyəmeyilli dəyişikliklər edirdik. Rəqibi əks-hücumda yaxalamaq istəyirdik. "Sumayıt" da hesabı bərabərləşdirə bilərdi. Şükür Allaha, üçüncü qolu biz vurduq.
- Qalib gəlməsəydiz, "Qarabağ" çempion olacaqdı. Bu məqam motivasiyasınızı artırırdı?
- Bu barədə heç düşünmürdük. Aydın məsələdir onlar çempiondur. Biz yalnız avrokuboklar haqda düşünürük. İkinci qolu buraxsaydıq da, futbolçularıma qəzəblənməyəcəkdim. Son turlar yaxınlaşdıqca,müəyyən stress olacaq.
- "Kocaelispor" yenidən Superliqaya qayıtdı. 16 il qabaq onlar son dəfə Superliqada olanda, siz də orada oynamışdız...
- Çox sevindim. O komanda yüksək liqada oynamağa layiqdir. Azarkeşlər adına da çox sevindim. Möhtəşəm stadion tikilib. "Bursaspor", Kocaelispor" kimi komandalara yüksək liqada oynamağa layiqdirlər.
- Ötən həftə Neftçi ilə oyunda Stefan Akaya qarşı rəqib azarkeşlər tərəfindən irqçilik edilmişdi. Bu gün Aka oyunu tribunadan izləyirdi. Onun psixoloji və fiziki durumu nə yerdədir?
- O epizod haqda hansısa məlumatım yoxdur. Bu haqda məlumatsızam. Zədəli olduğu "Neftçi" ilə matçda dəyişmək istəyirdik. 2-3 həftə oynamayacaq. Aka çox gözəl qəlbli, xarakterli insandır. Açığı irqçi şüarları eşitməmişəm. Bəlkə bir nəfər deyib. Bunu da sırf "Neftçi" azarkeşlərinə bağlamaq olmaz.
- Yeni mövsümdən Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Bu, sizin yerlilərlə bağlı planlarınıza təsir edəcək?
- Yox, planlarımızı dəyişmir. Rəqabət olacaq. Biz DAK-la avrokub matçında səfərdə 5 yerli ilə oynamışdıq. Kim güclü olacaqsa, o da oynayacaq. Heyətimizdə yerlilər də olacaq. Dəyərli yerlilərimiz var.
- Danışıq apardığınız futbolçular var?
- Bəli, danışıq apardıqlarımız var. Danışacağımız futbolçular var. Amma çox futbolçu bizimlə davam edəcək.
Mirbağırağa
saytlarin hazirlanmasi