Premyer Liqadakı yerini itirən klubun legioneri: "Bir qələbə lazım idi, onu da qazana bilmədik" - MÜSAHİBƏ

13:49 - 15 May 2025

"Səbail"in niderlandlı futbolçusu Suleyman Alluş Sportal.az saytına müsahibə verib.

- "Səbail" Misli Premyer Liqasının 34-cü turunda "Zirə" ilə qarşılaşdı və doğma meydanda məğlub oldu. Beləliklə, Premyer Liqada yerinizi saxlaya bilmədiniz. Kollekitivdəki atmosfer necədir?

Atmosfer? Bilmirəm. Məşqə çıxmışıq və məşqlərimizi edirik. Qalan iki oyuna hazırlaşırıq. Təbii ki, son matçda da əlimizdən gələni etdik.

- "Zirə" ilə görüşdə qalib gəlməyə yaxın idiniz. Amma bu baş vermədi. Niyə həmin matçda lazım olan qələbə qolunu vura bilmədiniz?

"Zirə"yə qarşı yaxşı oynadıq. Həqiqətən də belə idi. Amma çox təəssüf ki, qol vura bilmədik. Qapı istiqamətinə də bir çox zərbələrimiz var idi. Lakin istənilən halda qol vura bilmədik və sonda qol buraxıb uduzduq. Əlbəttə ki, olduqca üzücü məqam, üzücü anlar idi.

- Ümumiyyətlə, “Səbail” son matçlarında pis təsir bağışlamadı. Amma epizodlara qol vura bilmirdiniz. Keyfiyyət, təzyiq məsələdi idi, yoxsa tələskənlik? Sizcə, "Səbail"in Premyer Liqadan düşməməsinin əsas səbəbi nə idi?

Bizim çox yaxşı komandamız var. Biz heç vaxt özümüzü pis tərəfdən göstərməmişik, hər zaman ən yaxşı tərəfdən göstərməyə çalışmışıq. Amma siz verdiyiniz sual kimi, elə mənim üçün də sual kimi qalır. Yaxşı komandamız var, oyunları yaxşı oynamışıq, amma təəssüf ki, istənilməyən nəticə ortadadır. 

- Möcüzənin baş verəcəyinə son tura qədər inanırdın? Qalib olsaydınız, “Kəpəz” bir kənada, “Sumqayıt”la mübarizə aparacaqdız. Son turda da oyununuz final ab-havasında keçəcəkdi...

Mən bunu sizə əvvəl də demişdim. Bizə lazım olan sadəcə bir qələbə idi. Həmin o qələbəni qazana bilmədik. Yoxsa, klubda hamı qalib gəlsək, Premyer Liqada qala biləcəyimizə inanırdı. Sonuna qədər inandıq. Amma təəssüf ki, o qələbəni əldə edə bilmədik.

- Yəqin ki, növbəti iki turda motivasiya qazanmaq çətin olacaq. “Neftçi” və “Sumqayıt”la matçlarınız var...

Xeyr, məncə son 2 oyun üçün hələ də motivasiyalı olmalıyıq. Axı bizim karyeramız bu mövsümdən sonra başa çatmır. Karyeramız davam edir. “Səbail”in son 2 matçda da layiqincə təmsil etməyə çalışacağıq. Hər iki görüşə motivasiya ilə çıxacağıq.

- “Səbail” Birinci Liqaya gedir, onun oradan qayıda biləcəyinə inanırsan? Bunu “Qəbələ”nin timsalında da gördük ki, mümkündür...

Əlbəttə ki, hər şey mümkündür. 

- Azərbaycanın digər klublarından təklifin var?

- Həqiqətən də heç nə bilmirəm. Hər halda, mən Niderlanda qayıtmalıyam və menecerimlə danışmalıyam. Bütün təklifləri müzakirə edəcəyik. Təbii ki, mən Azərbaycanda qalmaq istəyərdim. Amma mövsümün sonuna qədər gözləmək lazımdır.

Mirbağırağa
 

Xəbər xətti