Futbol üzrə Azərbaycan I Liqasında IX tura yekun vurulub.
Sportal.az xəbər verir ki, bu gün lider "Şəfa" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Şahdağ Qusar"ın qonağı olub. Qarşılaşma paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 23-ə yüksəldən "Şəfa" liderliyini davam etdirir. 10 xalı olan "Şahdağ Qusar" isə 7-ci yerdədir.
"Şahdağ Qusar" - "Şəfa" 0:2
Qollar: P.Azadov, 43, E.Cəfərov, 70
