PSJ-nin kapitanı Markinyos klubun tarixinə düşüb.
Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi Liqa 1 nəhənginin heyətində 500-cü oyununu keçirib. 31 yaşlı futbolçu Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunun "Tottenhem"lə matçında (5:3) buna nail olub.
Markinyos klubun heyətində 500 qarşılaşmaya çıxan ilk futbolçu olub. İkinci yerdə Jan-Mark Pilorgerdir. Fransalı sabiq müdafiəçi Paris təmsilçisinin forması ilə 435 oyunda iştirak edib.
Qeyd edək ki, PSJ Markinyosu 2013-cü ilin yayında "Roma"dan 31 milyon avroya transfer edib. Braziliya millisinin üzvü olan təcrübəli mərkəz müdafiəçisi komandanın heyətində meydana çıxdığı 500 rəsmi matçda 42 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
