"Mingəçevir" kənar şəxslərə, "Səbail" Təcili Tibbi Yardım avtomobilinə görə cərimələndi

16:16 - 26 Dekabr 2025

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda I Liqanın XII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

24.12.2025-ci il tarixində I Liqada XII turun “Mingəçevir” – “Şahdağ Qusar” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

24.12.2025-ci il tarixində I Liqada XII turun “Mingəçevir” – “Şahdağ Qusar” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Mingəçevir” komandası 750 manat cərimə edilsin (maddə 86.3);

24.12.2025-ci il tarixində I Liqada XII turun “Mingəçevir” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

24.12.2025-ci il tarixində I Liqada XII turun “Səbail” – “Şimal” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığı üçün “Səbail” komandası 600 manat cərimə edilsin (maddə 57.2);

25.12.2025-ci il tarixində I Liqada XII turun MOİK – “Şəfa” oyununda “Şəfa” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

Xəbər xətti