"Real"ın sabiq 34 yaşlı futbolçusu MLS-də çıxış edə bilər

23:17 - 3 Fevral 2026

“Real” və “Bavariya”nın sabiq futbolçusu Xames Rodriqes karyerasını MLS-də davam etdirə bilər.

Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, kolumbiyalı vinger “Minnesota Yunayted” ilə danışıqlar aparır. 34 yaşlı futbolçu dekabr ayında “Leon”dan ayrıldıqdan sonra azad agent statusundadır.

Qeyd edək ki, Meksika klubunun heyətində Xames 34 oyun keçirib, 5 qol vurub və 9 məhsuldar ötürmə edib.

Xəbər xətti