"Real" 5 oyunda 5 qol vuran futbolçusunu geri qaytaracaq

22:23 - 5 Fevral 2026

"Real" Endrikin növbəti mövsümdə La Liqada başlamasını istəyir.

Sportal.az ESPN-ə istinadən xəbər verir ki, Madrid klubu "Lion"un heyətində keçirdiyi 5 oyunda 5 qol vuran hücumçunun icarə müddətinin uzadılması variantını nəzərdən keçirməyəcək. Qərara alınıb ki, mövsümün sonunda futbolçu Fransanı tərk edəcək.

Qeyd edək ki, "Lion" rəsmi sorğu göndərməyib, lakin istənilən halda cavab mənfi olardı.

Xəbər xətti