“Real” və “Bavariya”nın sabiq yarımmüdafiəçisi Xames Rodriges MLS klubuna keçib.
Sportal.az xəbər verir ki, 34 yaşlı kolumbiyalı futbolçu “Minnesota Yunayted”lə 2026-cı ilin iyununa qədər müqavilə imzalayıb. Sazişdə 2026-cı ilin dekabrına qədər uzadılma opsiyası da nəzərdə tutulub.
Qeyd edəl ki, Xamesin son klubu Meksikanın “Leon” komandası olub. O, həmçinin “Porto”, “Monako”, “Everton” və digər klubların formasını geyinib.
saytlarin hazirlanmasi
