"Ronaldoda hər şey planlaşdırdığı kimi getməyəndə ağlayırdı" - Nani

22:31 - 15 Fevral 2026

Hazırda “Aktobe”də çıxış edən və “Mançester Yunayted”in, eləcə də Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi Luis Nani Kriştiano Ronaldonun futbola olan ehtirasından danışıb.

Sportal.az xəbər verir ki, onun sözlərinə görə, Ronaldo hələ uşaqlıqdan digərlərindən seçilirdi və nə istədiyini dəqiq bilirdi.

“Uşaqlıqda belə o fərqlənirdi. Kriştiano futbolla inanılmaz ehtirasla yaşayırdı. Qalib gəlməyəndə və ya nəsə istədiyi kimi olmayanda ağlayırdı. Bu, onun işinə nə qədər sadiq olduğunu və oyunu necə böyük hisslərlə yaşadığını göstərir."

Xəbər xətti