Xuan Laporta özünün "Barselona"dakı fəaliyyətini əks etdirən kitabını təqdim edib.
Sportal.az xəbər verir ki, kitab Josep Maria Fonalleres ilə birgə yazılıb və adı "Beləliklə biz Barselona"nı xilas etdik"dir. Kitabda Laporta öz fəlsəfəsini açıqlayır və 2021-ci ildə başlayan ikinci prezidentlik dövrünün əsas hadisələrini təsvir edir.
Təqdimatda klubun baş məşqçisi Hansi Flik, Deko və texniki katibliyin koordinatoru Boyan Krkic iştirak ediblər. İspan mediası qeyd edir ki, Hansi Flik Laportaya "Barcelona"nın prezident seçkilərində dəstəyini nümayiş etdirib.
saytlarin hazirlanmasi
