"Bu qədər sarı vərəqə ilə oynamaq çətindir" - "Qalatasaray"da ciddi problem

15:50 - 9 Mart 2026

"Qalatasaray" UEFA Çempionlar Liqası `1/8 final mərhələsinin ilk oyunu çərçivəsində İstanbulda "Liverpul"u qəbul edəcək.

Sportal.az xəbər verir ki, "sarı-qırmızılar"ın baş məşqçisi Okan Buruk matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 52 yaşlı mütəxəssis 7 futbolçunun (Uğurcan Çakır, İsmail Yakobs, Davinson Sançes, Abdülkerim Bardakcı, Roland Şallai, Noa Lanq, Viktor Osimhen) sarı vərəqə limində olmasının onlara problem yarada biləcəyini deyib:

"Bir türk komandasının 1/8 finalda olması yaxşı haldır. Daha da irəli getmək istəyirik. Ölkə reytinqinə xal qazandırmaq üçün vacib oyundur. İlk matçda qələbə qazanmaq istəyirik. Ümir edirəm ki, buna nail olacağıq. Ən böyük problemimiz 7 futbolçumuzun sarı vərəqə limitində olmasıdır. Müdafiə xəttimiz və qapıçımız sabah sarı vərəqə alsa, cavab görüşündə olamayacq. Bu, bizim üçün böyük problemdir. İnşallah sabah heç kim "sarı" almaz. Çempionlar Liqasında 10 oyun keçirmişik. Müəyyən bir yerdən sonra vərəqələr silinmalıdır. Bu qədər sarı vərəqə ilə oynamaq çətindir. Cavab matçı üçün bunları da düşünməliyik".

Qeyd edək ki, "Qalatasaray" - "Liverpul" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Xəbər xətti