"Atletiko"nun yarımmüdafiəsi Pablo Barrios karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Siti" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "El Nacional" televiziyası məlumat yayıb.
"Şəhərlilər" baş məşqçisi Pep Qvardiola Barriosun oyununu bəyənir. İspaniyalı mütəxəssis həmyerlisini gələcəkdə Rodrinin davamçısı kimi düşünür.
Qeyd edək ki, Pablo Barrios cari mövsümdə "Atletiko"nun heyətində meydana çıxdığı 33 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 22 yaşlı oyunçunun klubla müqaviləsi 2030-cu ilin yayına kimidir.
saytlarin hazirlanmasi
