"Əvvəl Messinin, inidi isə Yamalın oynadığı "Barselona"nı mübarizədən uzaqlaşdırmaq asan deyil"

14:18 - 15 Aprel 2026

“Atletiko”nun(Madrid) baş məşqçisi Dieqo Simeone "Barselona" ilə oyundan sonra Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanmaqları barədə danışıb.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, argentinalı mütəxəssis əvvəlki illərdə də Kataloniya klubunu mübarizədən uzaqlaşdırmaqlarını xatırlayıb:

"Barselona”nın necə oynadığını gördünüz? Onların oyun tərzi budur. Start fiti çalınanda dedim ki, bu, real deyil. Çempionlar Liqasının 1 /4 finalında “Barselona”nı üç dəfə məğlub etmək asan deyil: vaxtı ilə Messinin oynadığı "Barselona"nın və indi Lamin Yamalın formasını geyindiyi “Barselona”nı”.

“Atletiko” 2013/2014 və 2015/2016 mövsümlərində də Çempionlar Liqasında "Barselona"nı məğlub etmişdi. İspaniya klubu yarımfinalda “Arsenal” - "Sportinq" cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər xətti