"Barselona"nın prezidenti Xoan Laporta UEFA Çempionlar Liqası 1/4 final mərhələsin "Atletiko" ilə oyunları (0:2, 2:1) barədə danışıb.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbəri hakimləri tənqid edib. O, referilərin nəticəyə təsir göstərdiyini deyib:
"Atletiko"nu təbrik edirəm. Amma baş hakimin və VAR-ın qərarları utancverici idi. Baş verənlər qəbuledilməzdir. Qərarlar nəticəyə böyük təsir göstərdi. Şikayət etdik və cavab olaraq şikayətin qəbuledilməz olduğu bildirildi. İndi izahat tələb edirik. "Barselona"nın hakimlərdən xüsusi münasibət gördüyünü deyən hər kəs utanmazdır".
saytlarin hazirlanmasi
