"Ötən mövsümdəki səviyyəmizdən geri qalmırıq" - Dembele

18:42 - 15 Aprel 2026

PSJ UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin cavab oyununda səfərdə "Liverpul"u 2:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Paris təmsilçisi iki görüşün nəticəsinə əsasən 4:0 hesablı üstünlük əldə edərək adını yarımfinala yazdırıb.

PSJ-nin hər iki qolunu vuran Usman Dembele açıqlama verib. Fransalı hücumçu finala yüksələcəklərinə ümid etdiyini deyib:

“Qələbə qazandığımız üçün çox xoşbəxtəm. Çünki bəzən çətin anlar oldu, xüsusilə də ikinci hissənin əvvəlində. Amma qələbəyə gedən yolu tapa bildik. Hesab edirəm ki, ötən mövsümdəki səviyyəmizdən geri qalmırıq. Buna görə də yenidən finalda oynayacağıma ümid edirəm”.

Xəbər xətti