"Qalatasaray" - "Fənərbaxça" matçının hakimləri açıqlandı

14:11 - 23 Aprel 2026

Türkiyə Super Liqasının 31-ci turu çərçivəsində keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" matçının təyinatları açıqlanıb.

Sportal.az xəbər verir ki, İstanbul derbisini Yasin Kolun rəhbərlik etdiyi ədalət təmsilçiləri idarə edəcək. Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Ona yan xətt hakimləri Abdullah Bora Özkara və Bahtiyar Birinci köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Çağdaş Altay yerinə yetirəcək.

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" qarşılaşması 26 aprel tarixində baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. 30 turdan sonra 71 xal toplayan meydan sahibləri çempionatın lideridir. 4 xal geridə olan qonaqlar isə 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti