"Sabah" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk matçını keçirib.

Sportal.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv "KuPS" önünə çıxıb.

Finlandiya klubuna qarşı görüşdə Azərbaycan çempionu 1:0 qalib gəlib.

Komandalar arasında cavab matçı isə iyulun 28-də Finlandiyada baş tutacaq. 

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun

21 iyul

"Sabah" - "KuPS" (Finlandiya) 1:0
Qol
: Simiç 45+1
“Bank Respublika Arena”