AFFA-nın bayrağı altında təşkil edilən Gənclər Liqası və U-17 Liqada 2026/2027-ci illər mövsümünün püşkü atılıb.
Sportal.az xəbər verir ki, püşkatma mərasimi AFFA-nın inzibati binasında keçirilib.
Hər iki liqa 14 komandanın iştirakı ilə keçiriləcək. Komandalar A və B qruplarına bölünüblər. Hər qrupda 7 komanda mübarizə aparacaq.
Liqalarda I turun oyunları avqustun 22-23-də keçiriləcək.
Gənclər Liqasında I turun təqvimi
A qrupu
“Qəbələ” – “Sumqayıt”
“Sabah” – “Qarabağ”
“Zirə” – “Araz-Naxçıvan”
Qeyd: “Neftçi” turu buraxacaq.
B qrupu
“Şəfa” – “Dinamo” (Bakı)
“Turan Tovuz” – “İmişli”
“Şamaxı” – “Lion”
Qeyd: “Kəpəz” turu buraxacaq.
U-17 Liqada I turun təqvimi
A qrupu
“Sabah” – “Qarabağ”
“Zirə” – “Qəbələ”
“Sumqayıt” – “Turan Tovuz”
Qeyd: “Neftçi” turu buraxacaq.
B qrupu
“Şəfa” – “Dinamo” (Bakı)
“Şamaxı” – “İmişli”
“Araz-Naxçıvan” – “Kəpəz”
Qeyd: EFA turu buraxacaq.
saytlarin hazirlanmasi
