"Səbail" "Sakaryaspor"la qarşılaşacaq

13:22 - 18 Avqust 2026

2026/2027-ci il mövsümü üçün hazırlığını Türkiyənin Bolu bölgəsində davam etdirən “Səbail”in növbəti yoxlama oyununda rəqibi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Elnur Abdullayevin baş məşqçisi olduğu kollektiv Türkiyə təmsilçisi “Sakaryaspor”la qarşılaşacaq. Sabah keçiriləcək görüş Bakı vaxtı ilə 18:00-da başlanacaq.

Xatırladaq ki, "Səbail" ilk sınaq matçında Şimali Kipr Türk Respublikasının TOL komandasını məğlub edib (1:0).

Xəbər xətti