Çempionlar Liqası: "Skenderbeu" Qazaxıstan səfərindən məğlub ayrıldı

02:38 - 31 İyul 2013

Gürcüstan təmsilçisi evdə büdrədi

 

Ötən gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, ilk oyun günündə 10 qarşılaşma keçirilib.
 
İkinci təsnifat mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdıran Albaniyanın "Skenderbeu" klubu səfərdə Qazaxıstan təmsilçisi "Şaxtyor"a 3:0 hesabı ilə məşlub olub.
 
 
 
Çempionlar Liqası, III təsnifat mərhələsi (ilk oyunlar)
30 iyul
 
“Şaxtyor” (Qazaxıstan) - “Skenderbeu” (Albaniya) - 3:0 
Qollar: Dzidiç, 8, Murtazaev, 79, Kizhniçenko, 90
 
“Austriya” (Vyana, Avstriya) - “Hafnarfyordur” (İslandiya) - 1:0
Qol: Royer, 25
 
“Dinamo” (Gürcüstan) - “Styaua” (Rumıniya) - 0:2
Qollar: İanku, 64; 83
 
“Nomme Kalyu” (Estoniya) - “Viktoriya” (Çexiya) - 0:4
Qollar: Sisovski, 2; 52; 90+2, Duris, Duris, 77
 
“Bazel” (İsveçrə) - “Makkabi” (Təl-Əviv, İsrail) - 1:0
Qol: Stoker, 39
 
“Norsyelland” (Danimarka) - “Zenit” (Rusiya) - 0:1
Qol: Kerjakov, 49
 
PAOK (Yunanıstan) - “Metallist” (Ukrayna) - 0:2
Qollar: Deviç, 43; 72
 
“Dinamo” (Zaqreb, Xorvatiya) - “Şerif” (Moldova) - 1:0
Qol: Rukavina, 89
 
PSV (Hollandiya) - “Sulte Varegem” (Belçika) - 2:0
Qollar: Depay, 61, Lokadia, 75
 
“Lion” (Fransa) - “Qrasshoppers” (İsveçrə) - 1:0
Qol: Bisevas, 64 

Xəbər xətti