Predraq Miyatoviç komandanın səhv addım atdığını bildirdi
“Real”ın sabiq futbolçularından Predraq Miyatoviç Qonzalo İquainin “Napoli”yə transferini dəyərləndirib.
Sportal.az xəbər verir ki, bununla bağlı açıqlama verən veteran futbolçuya görə, “Real” onu satdığına peşman olacaq:
“İquain “Real”a gəldiyində çox istedadlı gənc idi. O, İspaniya və ispan futboluna ən yaxşı şəkildə adaptasiya oldu. Fabio Kapellonun dönəmində “Real” çempionluq sevinci yaşayanda onun da böyük rolu oldu. İquain kimi bir mövsümdə 25-30 qol vuran futbolçunu tapmaq çox çətindi. “Real” onu satdığına peşman olacaq”.
Qeyd edək ki, Qonzalo İquain 2007-ci ildə “Real”a gəlib. O, 37 milyon avro qarşılığında “Napoli”yə transfer olunub.
saytlarin hazirlanmasi