Türk təmsilçisi ilk hissədə vurduğu qollarla növbəti mərhələyə yüksəldi
Dünən Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbaxça” doğma azarkeşləri önündə Avstriyanın "Zalsburq" klubunu qəbul edib.
Belə ki, "Fənər" səfərdən sərfəli nəticə ilə qayıtmışdı. Oyunun ilk dəqiqələrində qapısında qol görən İstanbul klubu tez toparlanaraq rəqibi 3:1 hesabı ilə məğlub edib və "pley-off" mərhələsinə yüksəlib.
“Fənərbaxça” (Türkiyə) – “Zalsburq” (Avstriya) - 3:1 (İlk oyun: 1:1)
Qol: Meyreleş, 8, M. Sou, 17, Vebo, 34 - Soriano, 4
saytlarin hazirlanmasi