"Fənərbaxça"nı gözləyən nəhənglər

13:59 - 7 Avqust 2013

İstanbulluların potensial rəqibləri bəlli oldu
 
Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriya “Zalsburq”unu məğlub edərək (1:1 və 3:1) “pley-off” mərhələsinə yüksələn “Fənərbaxça”nı daha çətin rəqiblər gözləyir.
 
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin potensial rəqibləri müəyyənləşib. Belə ki, növbəti mərhələdə “Fənərbaxça”nın rəqibi ola biləcək komandalardan 4-ü dəqiqləşib: “Arsenal” (İngiltərə), “Milan” (İtaliya), “Şalke” (Almaniya) və “Lion” (Fransa). 
 
"Fənərbaxça”nın son potensial rəqibi isə “Zenit” (Rusiya), “Eyndhoven” (Hollandiya), və ya “Metallist” (Xarkov, Ukrayna) ola bilər. Əgər turu keçmək şansları yüksək olan bu komandalardan hər üçü növbəti mərhələyə adlaya bilməsə, “Fənərbaxça”nın potensial rəqibləri bu klublar olacaq: PAOK (Yunanıstan), “Norşellann” (Danimarka), “Zülte Vareqam” (Belçika), “Real Sosyedad” (İspaniya) və “Pasuş di Ferreyra” (Portuqaliya). 
 
Qeyd edək ki, həm Çempionlar Liqasının, həm də Avroliqanın “pley-off” mərhələsinin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində avqustun 9-da keçiriləcək. ÇL-in ilk oyunları avqustun 20-21, cavab qarşılaşmaları isə 27-28-də baş tutacaq. Avroliqa oyunları isə 15-22 avqust tarixlərində oynanılacaq. 

Xəbər xətti