"Fənərbaxça"nın rəqibi "Arsenal" oldu YENİLƏNİB

15:00 - 9 Avqust 2013

Çempionlar Liqasının "play-off" oyunları
 
Bu gün Avroliqa ilə yanaşı, UEFA Çempionlar Liqasında da “play-off” mərhələsinin püşkü atılacaq. 
 
Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim saat 14:45-də başlayacaq. Püşkatmada 20 komanda öz rəqibini gözləyəcək. Bu komandalardan 5-i - "Milan" (İtaliya), "Şalke" (Almaniya), "Real Sosyedad" (İspaniya), "Arsenal" (İngiltərə) və "Pasuş de Ferreyra" (Portuqaliya) birbaşa “play-off” mərhələsində iştirak edəcək. Ölkəmizdə kifayət qədər azarkeşi olan "Fənərbaxça"nın da rəqibi bilinəcək. Qardaş ölkə təmsilçisi səpələnməmişlər səbətində yer alacaq. 
 
Qeyd edək ki, ÇL-in ilk "play-off" oyunları avqustun 20-21, cavab qarşılaşmaları isə 27-28-də baş tutacaq.
 
"Dinamo" (Zaqreb) - "Avstriya" (Vyana)
"Ludoqorets" - "Bazel" 
"Viktoriya" (Pilzen) - "Maribor"
"Şaxtyor" (Karaqandi) - "Seltik" 
"Styaua" - "Legiya" (Varşava)
"Lion" - "Real Sosyedad" 
"Şalke" - "Metallist" 
"Pasuş de Ferrerya" - "Zenit" 
PSV - "Milan" 
"Fənərbaxça" - "Arsenal"  

Xəbər xətti