Çempionlar Liqasında "play-off" mərhələsi: PSV "Milan"a qarşı YENİLƏNİR

12:13 - 20 Avqust 2013

Turnirdə "play-off" həyəcanı
 
Bu gün UEFA Çempionlar Liqasında “play-off” həyəcanı başlayır.
 
Sportal.az xəbər verir ki, futbol azarkeşləri ilk gündə 5 qarşılaşma izləyə biləcəklər. “Play-off” mərhələsinə ilk olaraq Qazaxıstanda start veriləcək. Yerli “Şaxtyor” (Karaqandi) saat 20:00-da Şotlandiya “Seltik”ini qəbul edəcək. Qalan 4 oyun isə Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 
 
Böyük maraqla gözlənilən oyunlardan biri Eyndhoven şəhərində baş tutacaq. PSV “Milan”ı sınağa çəkəcək. Bu oyunu türkiyəli hakim Cüneyt Çakır idarə edəcək. 
 
Qeyd edək ki, qalan 5 oyun isə sabah keçiriləcək. 
 
Çempionlar Liqası: "play-off" mərhələsi (ilk oyunlar)
 
20 avqust
 
20:00. “Şaxtyor” (Qazaxıstan) – “Seltik” (Şotlandiya)
23:45. “Lion” (Fransa) – “Real Sosyedad” (İspaniya)
23:45. “Pasuş di Ferreyra” (Portuqaliya) – “Zenit” (Rusiya)
23:45. PSV (Hollandiya) – “Milan” (italiya)
23:45. “Viktoriya” (Çexiya) – “Maribor” (Sloveniya)
 
Sabah isə bu oyunlar baş tutacaq:
 
“Dinamo” (Xorvatiya) – “Avstriya” (Avstriya)
“Fənərbaxça” (Türkiyə) – “Arsenal” (İngiltərə)
“Ludoqorets” (Bolqarıstan” – “Bazel” (İsveçrə)
“Şalke” (Almaniya) – PAOK (Yunanıstan)
“Styaua” (Rumıniya) – “Legiya” (Polşa)  

Xəbər xətti