"Zenit" səfərdə qalib, "Plzen" evdə qalib gəldi
Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Qazaxıstan "Şaxtyor"u doğma meydanda "Seltik" klubuna 2:0 hesabı ilə qalib gələrək böyük sensassiyaya imza atıb. Bu günün ən maraqlı duellosu isə Hollandiya PSV-si ilə İtaliya "Milan"ı arasında olub və 1:1 hesabı ilə başa çatıb.
“Şaxtyor” (Qazaxıstan) – “Seltik” (Şotlandiya) - 2:0
Qollar: Andrey Finonçenko, 12, Serges Xizniçenko, 77
PSV (Hollandiya) - "Milan" (İtaliya) 1:1
Qollar: Tim Matavz, 60 - El Şaravi,15
"Viktoriya Plzen"(Çexiya) - "Maribor" (Sloveniya) 3:1
Qollar: Çisovski,8, Darida,58, Duris,90 - Meyaç,66
"Lion" (Fransa) - "Real Sosedad" (İspaniya) 0:2
Qollar: Qriezman, 17, Seferoviç, 50.
"Pasoş De Fereyra" (Portuqaliya) - "Zenit" (Rusiya) 1:4
Qollar: Leao,58 -Şirokov,27,60,90, Deqra,85 (öq)
saytlarin hazirlanmasi