Çempionlar Liqasında "play-off" mərhələsi: "Fənərbaxça" darmadağın oldu, "Bazel" səfərdə qələbə qazandı YENİLƏNİB

01:45 - 22 Avqust 2013

 "Şalke" doğma meydanda büdrədi
 
Bu gün UEFA Çempionlar Liqasında “play-off” mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
 
Sportal.az xəbər verir ki, futbol azarkeşləri bu gün daha 5 qarşılaşmanın şahidi olacaq. Böyük maraqla gözlənilən oyunlardan biri “Şükrü Saracoğlu” stadionunda baş tutacaq. Ölkəmizdə kifayət qədər azarkeşi olan “Fənərbaxça” İngiltərə nəhəngi “Arsenal”ı qəbul edəcək. Bütün oyunlar eyni saatda – Bakı vaxtı ilə 23:45-də başlayacaq.
 
Qeyd edək ki, cavab görüşləri bir həftə sonra – 27 və 28 avqust tarixlərində keçiriləcək.
 
Çempionlar liqası: “play-off” mərhələsi (ilk oyunlar)
 
21 avqust
 
23:45. "Styaua" (Rumıniya) – "Legiya" (Polşa)  1:1
QOL: Piovassari, 34 - Koseçki, 53
 
23:45. "Fənərbaxça" (Türkiyə) – "Arsenal" (İngiltərə)  0:3
QOL: Gibbs, 51, Aron Remzi, 64, Olivye Jiru, 77 (pen.)
 
23:45. "Ludoqorets" (Bolqarıstan) – "Bazel" (İsveçrə) 2:4
QOL: Marselo, 23, Stoyanov, 50 - Salah, 12, 59, Sio, 64, Şar, 84 (pen.
 
23:45. "Şalke" (Almaniya) – PAOK (Yunanıstan) 1:1
QOL: Farfan, 32 - Miroslav Stok, 73
 
23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Avstriya" (Avstriya) 0:2
QOL: Leovak, 68, Stankoviç, 75
 
 
20 avqust
 
“Şaxtyor” (Qazaxıstan) – “Seltik” (Şotlandiya) - 2:0
PSV (Hollandiya)  - "Milan"  (İtaliya)  1:1
"Viktoriya"(Çexiya) - "Maribor" (Sloveniya)   3:1
"Lion" (Fransa) - "Real Sosyedad" (İspaniya)   0:2
"Pasuş di Ferreyra" (Portuqaliya) - "Zenit" (Rusiya)   1:4

Xəbər xətti