"Fənərbaxça" ÇL ilə erkən vidalaşdıYENİLƏNİB

01:58 - 28 Avqust 2013

"Şalke" çətin işin öhdəsindən gələ bildi
 
Bu gün UEFA Çempionlar Liqasının “play-off” mərhələsində cavab oyunlarına start veriləcək.
 
Sportal.az xəbər verir ki, futbol azarkeşləri 5 maraqlı oyunun şahidi olacaq. Sözsüz ki, bütün diqqətlər Londona yönələcək. İlk oyunda “Arsenal”a 3:0 hesabı ilə uduzan “Fənərbaxça” cavab oyununa çıxacaq. Demək olar ki, İstanbul təmsilçisi böyükhesabla uduzaraq işini xeyli çətinə salıb və onların mərhələ keçməsi bir qədər çətin görünür. Digər oyunlarda isə “Avstriya” Zaqreb “Dinamo”sunu, PAOK “Şalke”ni, “Bazel” “Ludoqorets”i və “Legiya” “Styaua”nı qəbul edəcək. Bütün matçlar eyni saatda – Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.  
 
Qeyd edək ki, 5 oyun isə sabah keçiriləcək. Bununla da qrup mərhələsində iştirak edən bütün komandalar məlum olacaq. 
 
Çempionlar Liqası: “play-off” mərhələsi, cavab oyunları 
 
27 avqust
 
 “Arsenal” (İngiltərə) – “Fənərbaxça” (Türkiyə) 2:0   (ilk oyun 3:0)
Qollar: A.Remzi,25,72
 
 “Avstriya” (Avstriya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 2:3   (ilk oyun 2:0)
Qollar: Simuniç,4,(öq), Roman,82 - Brozoviç,33,  Fernandes,43, Beqiraj,70
 
 
  PAOK (Yunanıstan) – “Şalke” (Almaniya) 2:3   (ilk oyun 1:1)
Qollar: Atanasiadis,53,79 - A.Szalay,43,90, Draksler,67
 
 “Bazel” (İsveçrə) – “Ludoqorets” (Bolqarıstan)  2:0  (ilk oyun 4:2)
Qollar: F.Frey,11, Deqen,79
 
 “Legiya” (Polşa) – “Styaua” (Rumıniya) 2:2  (ilk oyun 1:1)
Qollar: Radoviç,27, Rzeznzçak,90 - Stanku,7, Pyovakkari, 9
 
 
Sabah isə bu oyunlar baş tutacaq:
 
 
21:00. “Zenit” (Rusiya) – “Pasuş di Ferreyra” (Portuqaliya)  (ilk oyun 4:1)
 
23:45. “Seltik” (Şotlandiya) – “Şaxtyor” (Karaqandi, Qazaxıstan)  (ilk oyun 0:2)
 
23:45. “Maribor” (Sloveniya) – “Viktoriya” (Çexiya)  (ilk oyun 1:3)
 
23:45. “Real Sosyedad” (İspaniya) – “Lion” ( Fransa)  (ilk oyun 2:0)
 
23:45. “Milan” (İtaliya) - PSV (Hollandiya)  (ilk oyun 1:1) 

Xəbər xətti