"Milan" səhlənkarlıq etdi, futbolçusunu UEFA-ya təqdim etmədi
“Milan”ın futbolçusu M’Baye Nianqın başına iş gəlib.
Sportal.az xəbər verir ki, fransalı legioner Çempionlar Liqasının qrup mərhələsində İtaliya təmsilçisinə kömək edə bilməyəcək.
Buna səbəb “Milan” klubunda kargüzarlıq işləri ilə məşğul olan şəxslərin səhlənkarlığıdır.
Belə ki, Nianqın adı səhvən UEFA-ya göndərilən iştirak ərizəsinə salınmayıb. Bu üzdən futbolçu qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin oyunlarını azarkeş qismində kənardan izləyəcək.