Böyük maraqla gözlənilən matçda ingilislər fit çalacaq
UEFA Çempionlar Liqasının ilk turu çərçivəsində B qrupunda baş tutacaq “Qalatasaray” – “Real” oyununu idarə edəcək hakimlər açıqlanıb.
Sportal.az xəbər verir ki, “TT Arena”da keçiriləcək görüş İngiltərədən olan referilərə həvalə olunub. Oyunun baş hakimi Mark Klattenburq olacaq. Ona Simon Bek və Stefan Child köməklik edəcək. Dördüncü hakim Maykl Mullarkey, əlavə köməkçi hakimlər isə Li Probert və Conatan Moss olacaq.
Qeyd edək ki, sentyabrın 17-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
saytlarin hazirlanmasi