Cerrardı hədələdilər

00:57 - 16 Sentyabr 2013

Cerrardın evi yandırılacaq?
 
 
"Suonsi Siti" ilə səfər oyununa hazırlaşan "Liverpul"un məşqi zamanı şəxsiyyəti müəyyənləşdirilməmiş azarkeş mersisaydlıların kapitanı Stiven Cerrardı təhdid edib. 
 
 
Sportal.az xəbər verir ki, Cerrard bir müddət azarkeşin qara-qışqırığını qulaqardına verib, yarımmüdafiəçi Filippe Koutinyo və qapıçı Simon Minyole ilə cərimə zərbələrini məşq etməyinə davam edib.
 
Lakin azarkeş İngiltərə millisinin futbolçusunun harada yaşadığını bildiyini və evini yandıracağını deyəndə Cerrard dözməyib. O, tribunaya yaxınlaşmaq istəyəndə məşqçi korpusunun işçisi onu saxlayıb və özü azarkeş tərəfə gedib. Bunu görən bədəməl Cerrardı və uşaqlarını öldürəcəyilə hədələyərək qaçıb gizlənib.

Xəbər xətti