Sabah Çempionlar Liqasında yeni rekorda imza atılacaq

15:10 - 16 Sentyabr 2013

Karlo Ancelotti üçün əlamətdar gün
 
Sabah UEFA Çempionlar Liqasının ilk turunda “Qalatasaray”la keçiriləcək oyun “Real”ın baş məşqçisi Karlo Ancelotti üçün əlamətdar olacaq.
 
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis Avropanın ən nüfuzlu klub turnirində yeni rekorda imza atacaq. Belə ki, “Real” Ancelottinin rəhbərliyi ilə ÇL-də iştirak edən 6-cı komanda olacaq. Madrid klubuna qədər italiyalı məşqçi ÇL-də “Parma”, “Yuventus”, “Milan”, “Çelsi” və PSJ-nin çalışdırıcısı kimi iştirak edib. 
 
Çempionlar Liqasında bir çox tanınmış məşqçilər də bir neçə kluba başçılıq edib. Bunlardan Rafael Benites (5), Ronald Kuman (5), Klaudio Ranıeri (5), Fabio Kapello (4), Mirça Luçesku (4) , Joze Mourinyo (4) və Manuel Pelleqrinini misal göstərmək olar.  

Xəbər xətti