Fatih Terim: "Ümid edirəm ki, iki rəqəmli xal yığıb qrupdan çıxacağıq"
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasının qrup mərhələsində sabah “Real”la (Madrid) keçirəcəkləri oyun öncəsi mətbuat konfransı keçirib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis ötən mövsüm “Real”la ÇL-in 1/4 finalında qarşılaşdıqları matçlarla müqayisədə sabahkı görüçün o qədər də önəmli olmadığını söyləyib:
"Çünki bu dəfə sabahkı oyundan sonra daha 5 matç oynayacağıq. Bu oyundakı nəticə qrupun taleyini həll etməyəcək. Ötən mövsümlə bu dəfəki arasında ən böyük fərq budur. "Real"ın bizə qalib gəlməsi normal nəticə ola bilər. Amma biz də mübarizə aparacağıq"".
Komandasının qrupda neçə xal toplamasını hədəf seçmələri ilə bağlı suala cavabında Terim bunları söyləyib: "Hansısa rəqəm desəm, səhv edə bilərəm. "Real"ın favorit olduğu bir qrupda oynayırıq. Hər matçı yüksək səviyyədə oynamalıyıq. Ötən mövsüm qrup mərhələsində sona üç tur qalmış bir xalımız vardı. Amma növbəti mərhələyə adladıq. Ümid edirəm ki, iki rəqəmli xal yığıb qrupdan çıxacağıq".
saytlarin hazirlanmasi