"Droqba və Sneyderi yaxşı tanıyıram"

11:04 - 17 Sentyabr 2013

Karlo Ançelotti: "Yalnız qalib gəlməyi düşünürük"
 
"Droqba və Sneyderi yaxşı tanıyıram. Amma onları zərəsizləşdirmək üçün əlimizdən gələni edəcəyik. Fatih Terim çox güclü baş məçqçidir. Onunla yaxşı münasibətlərimiz var. Öz tarixini yazır. Onunla problemim yoxdur. Yalnız qalib gəlməyi düşünürük".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Real"ın  baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la oyun öncəsi deyib.
 
Komandanın hazırkı durumu haqqında da danışan italiyalı mütəxəssis bunları bildirib:
 
"İki qapıçımız da çox yaxşı səviyyədədir. Kasilas təcrübəli olduğu ÇL üçün yaxşı seçim ola bilər. Arbeloa da forma geyə biləcək.  Beyl də oynaya biləcək səviyyədədir".
 
Qeyd edək ki, "Qalatasaray" - "Real" matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.

Xəbər xətti