Çempionlar Liqası:"Bavariya" evdə, PSJ səfərdə qalib gəldi YENİLƏNİB

01:40 - 18 Sentyabr 2013

"Mançester Yunayted" "Bayer"ə dərs keçdi
 
Bu gün UEFA Çempionlar Liqasında 2013-2014-cü il mövsümünə start veriləcək.
 
Sportal.az xəbər verir ki, qitə futbolunun ən nüfuzlu klub turnirində 32 komanda qalib adı uğrunda mübarizəyə qoşulacaq. Bu gün 8 qrupda yer alan komandalardan yalnız A, B, C və D qruplarında ilk turun oyunları keçiriləcək. Futbol azarkeşlərimizin böyük maraqla gözlədiyi oyunlardan biri Türkiyədə baş tutacaq. B qrupunda “Qalatasaray” İspaniya nəhəngi  “Real”ı qəbul edəcək. "TT Arena"da keçiriləcək oyunu İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Qrupun digər oyununda isə "Yuventus" "Kopenhagen"in qonağı olacaq. 
 
Qeyd edək ki, bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
 
Çempionlar Liqası: ilk tur
 
17 sentyabr
 
 
A qrupu
 "Real Sosyedad"  - "Şaxtyor" 0:2
Qol: Aleks,55,87
 
"Mançester Yunayted"  - "Bayer" 4:2
Qollar: Runi,22,70,  Van Persi,59, Valensiya,79 - Rolfes,54, Ömer Toprak,88
 
 
 
 
B qrupu
 
 “Qalatasaray” – “Real” 1:6
Qollar:  Umut Bulut,84 - İsko,33, Benzema,54,81,  Ronaldo,63,66,90
 
 “Kopenhagen”  – “Yuventus” 1:1
Qollar: Yorgensen,15 -  Quaqriella,54
 
C qrupu
 
“Benfika”  – “Anderlext” 2:0 
Qollar: Duriçiç,4, Luisao,30
 
“Olimpiakos” – PSJ  1:4
Qollar:  Veyss,25Kavani,19, Motta,68,73, Markinyos,86
 
 
D qrupu
 
“Viktoriya”  – “Mançester Siti” 0:3
Qollar: Dzeko,48, Toure,53, Aquero,58
 
"Bavariya"  – ÇSKA (Moskva) 3:0
Qollar: Alaba,4 Mandzukiç,41, RObben,68
 
Bu gün isə bu oyunlar baş tutacaq: 
 
E qrupu
23:45. “Çelsi” – “Bazel” 
23:45. “Şalke”  – “Styaua” 
 
F qrupu
23:45. “Marsel” – “Arsenal” 
23:45. “Napoli”  – “Borussiya” (Dortmund)
 
G qrupu
23:45. "Austriya" - "Porto"
23:45. "Atletiko"  – "Zenit" 
 
H qrupu
23:45. “Barselona”  – “Ayaks”  
23:45. “Milan” – “Seltik” 

Xəbər xətti