Kasilyasın 238 günlük həsrəti

21:22 - 17 Sentyabr 2013

Kasilyas bu gün ilk "11-lik"də

 

Uzun müddətdir “Real”ın əsas heyətinə düşə bilməyən İker Kasilyas bu gün “Qalatasaray”la matça ilk “11-lik”də çıxacaq.

Sportal.az xəbər verir ki, bununla da, ikiqat Avropa çempionu 238 günlük həsrətinə son qoyacaq.

Maraqlıdır ki, 7 aydan çoxdur ki, Kasilyas rəsmi oyunlarda “Real”ın əsas heyətində yer almır. 32 yaşlı qolkiper sonuncu dəfə yanvarın 24-də “Valensiya” ilə kubok matçında meydançaya çıxmışdı. 

Xəbər xətti