"Qalatasaray" bizdən daha yaxşı oynadı"

02:40 - 18 Sentyabr 2013

Karlo Ançelotti "Qalatasaray"la oyundan danışdı
 
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Qalatasaray"ı darmadağın edən Madridin "Real" klubunun baş məşqçisi Karlo Ançelotti qələbəyə şərh verib.
 
 
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis 6:1 hesablı qələbəyə rəğmən qalibiyyəti çətinliklə qazandıqlarını bildirib:
"Bu oyunda qələbəni asanlıqla qazanmadıq. Hesab oyuna görə deyildi. İlk hissədə "Qalatasaray" daha yaxşı oynadı və bizə çətin anlar yaşatdı. Onlar bizdən daha yaxşı oynadılar. Ancaq ikinci hissədə Benzema və Ronaldo ilə boşluqlardan yararlandıq. Digər oyunun da heç-heçə bitməsi bizi ilk oyundaca qrup lideri etdi".

Xəbər xətti