Fatih Tərim məğlubiyyətə şərh verdi
“Belə hesabla bitən oyunlardan sonra çox danışmağa ehtiyac yoxdur. Ancaq deyilesi çox söz var. Ağır şəkildə üç xal itirdik. Xeyli qol epizodumuz oldu. Biz onlardan istifadə edə bilmədikcə, rəqib qol vururdu”.
Sportal.az xəbər verir ki, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Fatih Terim “Real”a böyükhesablı (1:6) məğlubiyyətdən sonra deyib.
Yaxşı oynamalarına baxmayaraq “Real”la bacarmadıqlarını deyən təcrübəi mütəxəssis oyunun qırılma anının birinci qoldan sonra baş verdiyini bildirib:
“Əslində 6:1 hesablı oyunda qırılma anı olmur. Ancaq elə birinci qoldan sonra çox şey həll olundu. Komandam oyunda çox şey etdi. Lakin rəqib səhvlərimizi bağışlamadı. Bəlkə də başqa qapıçı olsaydı, Melonun baş zərbəsinin qarşını ala bilməzdi”.
Fatih Terim zədələnərək oyunu davam etdirə bilməyən Didye Droqbanın durumu haqda da danışıb: “Məncə, ciddi problem yoxdur. Sabah onun vəziyyəti haqda dəqiq məlumatımız olacaq”.