"Şaxtyor" PSJ və "Benfika" ilk oyunu qələbə ilə başa vurdu
Dünən UEFA Çempionlar Liqasının A, B, C və D qruplarında hər birində iki oyun olmaqla 8 qarşılaşma keçirilib.
Sportal.az xəbər verir ki, A qrupunda "Real Sosyedad" doğma meydanda "Şaxtyor"a məğlub olub - 0:2. C qrupunda PSJ səfərdə "Olimpiakos"a dərs keçib - 1:4. Bu görüşdə Tyaqo Motta dubl edib, Kavani isə bir dəfə fərqlənib. Komandanın aparıcı oyunçusu Zlatan İbrahimoviç isə oyunun sonlarına yaxın təyin olunmuş penaltini dəqiq yerinə yetirə bilməyib. Digər oyunda isə "Benfika" "Anderlext"i 2:0 hesabı ilə üstələyib.
saytlarin hazirlanmasi