Di Kanio ilə yollar ayrıldı
İngiltərə Premyer Liqası klublarından olan "Sanderlend" baş məşqçisi Paolo Di Kanio ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, buna, klubun liqada uğursuz çıxışı səbəb olub. Klub rəsmi saytı da italiyalı mütəxəssisi qovduğunu təsdiqləyib.
Qeyd edək ki, "Sanderlend" bu mövsüm yalnız bir heç-heçə ilə turnir cədvəlinin sonuncu pilləsindədir.
saytlarin hazirlanmasi