Bu xəbər "Barsa"lıları rahatlaşdıracaq

01:41 - 8 Oktyabr 2013

Messi millidən kənarlaşdırıldı
 
Hazırda Argentina millisinin düşərgəsində olan Lionel Messi komandasının Peru və Uruqvayla oyunlarında iştirak etməyəcək.
 
Sportal.az xəbə verir ki, Argentina millisinin baş məşqçisi Alejandro Sabello Messinin adını iştirak ərizəsinə salmayıb.
İspaniya La Liqasında "Almeriya" ilə görüşündə qasıq nahiyyəsindən zədə alan 26 yaşlı futbolçunun vəziyyətinin yaxşı olmasına baxmayaraq baş məşqçi onu riskə atmaq istəmədiyini bildirib. Messi ilə yanaşı, yüngül zədəsi olan Xavyer Maskerano və Qonzalo İquainin də qarşıdakı oyunlarda iştirak etməyəcəyi bildirilir.
Qeyd edək ki, oktyabrın 11-də Peru ilə qarşılaşacaq Argentina millisi 4 gün sonra səfərdə Uruqvayın qonağı olacaq.  

Xəbər xətti