Bu xəbərə Hollandiyadan çox Türkiyə millisi sevindi

23:23 - 8 Oktyabr 2013

Robben Macarıstanla oyunda forma geyinəcək
 
“Bavariya”nın və Hollandiya yığmasının yarımmüdafiəçisi Aryen Robben mətbuata açıqlamasında zədəsini tam sağaltdığını bildirib.
 
Sportal.az xəbər verir ki, o, DÇ-2014-ün seçmə mərhələ oyunlarına hazır olduğunu qeyd edib: “Bundesliqada keçirdiyimiz son görüşdə 90 dəqiqə oynamadım. Bu da zədəli olmağımla bağlı idi. Ancaq indi hər şey qaydasındadır. Özümü tam hazır hesab edirəm. DÇ-2014-ün seçmə mərhələ oyunlarında Hollandiya yığmasına kömək edə biləcəyəm. Macarıstanla matçda iştirak edəcəyim dəqiqdir”. 
Qeyd edək ki, Türkiyə millisinin DÇ-2014-ə qatılması üçün Macarıstanın Hollandiya ilə matçda xal itirməsi lazımdır

Xəbər xətti