FİFA-dan Türkiyəyə daha bir zərbə

12:31 - 9 Oktyabr 2013

Türklər "pley-off"a vəsiqə qazanacağı təqdirdə ...
 
FİFA "DÇ-2014"ün seçmə mərhələsinin "pley-off" oyunları ilə bağlı qərarını açıqlayıb.
 
Sportal.az xəbər verir ki, qərara əsasən seçmə mərhələni ikinci pillədə başa vuracaq yığma komandalar FİFA reytinqinə uyğun olaraq iki qrupa ayrılacaq.
 
Reytinqdə yüksək pillələrdə olan komandalar bir səbətdə, aşağı reytinqi olan yığmalar isə digər səbətdə qərarlaşacaq. Bu isə nisbətən zəif komandaları "pley-off"da güclü millilərlə üz-üzə qoyacaq. "Pley-off" mərhələsini uğurla adlayacaq yüksək reytinqli yığmaların püşk zamanı I səbətdə yer almaq şansı da olacaq.
 
Dünya çempionatının final mərhələsinə getmək şanslarını saxlayan Türkiyə millisi "pley-off"a vəsiqə qazanacağı təqdirdə Portuqaliya/Rusiya, Fransa, İngiltərə, İsveç və İsveçrə kimi güclü yığmalarla qarşılaşacaq. Bu isə "ay-ulduz"lu komandanın işini çətinə salacaq.
 
Qeyd edək ki, pley-off oyunları 15-19 noyabr tarixlərində keçiriləcək.

Xəbər xətti