Manuel Skarlatake: "Bizim bir problemimiz var..." MÜSAHİBƏ

12:50 - 9 Oktyabr 2013

"Sanki top rəqib qapısına girmək istəmir"
 
"Xəzər Lənkəran"ın müdafiəçisi Manuel Skarlatakenin  müsahibəsi
 
- “Rəvan”la oyun haqqında nə deyərdin?
- Mən nə deyə bilərəm ki? Hər şey göz qabağında idi. Meydanda hər şeyi gördünüz. Biz bu gün mütləq qalib gəlməliydik. Hamınız gördünüz ki, meydanda bir komanda var idi: “Xəzər Lənkəran”. Bu futboldur. Bəxtimiz gətirmir. Rəqib bir dənə küncə zərbəsi qazandı və qol vurdu. Bizim cəmi bir səhvimiz oldu. O da qapımıza vurulan qolla nəticələndi. Düzdü, son oyunlarda lazımsız xalla itiririk. Amma biz nə edə bilərik? Top qapıya girmək istəmir. Bəxt bizdən üzdən döndərib. Qarşıdakı matçlara baxmalıyıq.
 
- “Xəzər Lənkəran” 9 turdan sonra cəmi 10 xal qazanıb. Bunu necə dəyərləndirirsən?
- Normalda bizim ən azı 15 xalımız olmalıydı. Çünki elə oyunlar var ki, biz orda mütləq qalib gəlməliydik. Biz “Sİmurq”la, “Neftçi” ilə, “İnter” ilə oyunlarda xal itirdik. Həmin oyunlara baxanda mütləq qali gəlməliydik. Çünki əlimizə bu qədər şans düşmüşdü. Hər oyunda xal itiririk. Biz elə komandalar var ki, onlara böyükhesabla qalib gəlməliydik. Amma uduzduq, heç-heçə etdik. Hər kəs görür ki, komandamız necə oynuyur. “Rəvan”a qarşı keçirdiyimiz oyunda da minumum hesab 6:0 olmalı idi.
 
- Komandanın problem hücum xəttindədir. Bunu nə ilə əlaqləndirmək olar?
- Komandanın yaxşı oyunu vacibdir. Əgər qalib gələ biləcəyimiz oyunda heç-heçə ediriksə, bu hamının səhvidir. 
 
- Nildo bu qədər qol vəziyyətlərini boşa verir. Bəlkə, onun əvəzinə başqa hansısa futbolçu oynasa, komanda düzələr?
- Bayaq da dedim problem təkcə Nildoda deyil. Hamımız səhv edirik. Nildo yaxşı oyunçudur. Əminəm ki, o da qol vurmaq üçün əlindən gələni edir. Bir hücumçunun ən çox istədiyi şey qol vurmaqdır. Bilmirəm, başqa nə problem var.
 
- “Xəzər Lənkəran”ın oyundan-oyuna çempionluq şansları aşağı düşür...
- Çempionluq yarışı hələ qarşıdadır. Heç kim bizi siyahıdan silməsin. Mən inanıram ki, qarşıda daha yaxşı olacaq. Çünki biz yaxşı oyun göstəririk. Bir problem var ki, o da qol vura bilmirik. Bunu aradan qaldıracağıq və digər rəqiblərə gəlib çatacağıq. Bizim şanslarımız itmir. Çempionluq üçün şanslarımız yüksəkdir. Bütün komandalar “Xəzər Lənkəran”dan çəkinir. Bizim qarşıda oyunlarımız çoxdur. Bizim probemimiz qol vurmamaqdır. Başqa problem yoxdur.
 
- İndi çempionatda vasilə yaranacaq. Bu sizə kömək edəcək ki, özünüzə gələsiniz?
- Bəli düşünürəm ki, kömək edəcək.
 
- İkinci dövrədə fərqli “Xəzər Lənkəran” görə biləcəyik?
- Yenə meydanda yaxşı oyun göstərən “Xəzər Lənkəran” görəcəksiniz. “Simurq”la oyunda hər şey bəlli olacaq. Çalışacağıq ki, onları məğlub edək.
 
Millifutbol.az

Xəbər xətti