Azərbaycan futbolunda ağır itki

14:20 - 9 Oktyabr 2013

Onlarla tanınmış futbolçunun ilk məşqçisi olan Tofiq Rzayev dünyasını dəyişib
 
Azərbaycan futboluna ağır itki üz verib. Belə ki, ölkənin ən tanınmış uşaq məşqçilərindən biri, onlarla tanınmış futbolçunun ilk məşqçisi olan Tofiq Rzayev dünyasını dəyişib.
 
Sportal.az xəbər verir ki, bu haqda Azərbaycan Futbol Veteranları İttifaqından məlumat verilib.
 
Qeyd edək ki, Tofiq Rzayev Sumqayıt futbolunun ağsaqqalı hesab olunurdu.
 

Xəbər xətti