Toşak İspaniya mətbuatına danışdı

14:48 - 9 Oktyabr 2013

"Sizi buna inandırıram, buna şübhə də etməyin"
 
“Qaret Beyli yaxşı tanıyıram. Bilirəm ki, onun səviyyəsi Kriştianu Ronaldo və Lionel Messidən çox uzaq deyil”. 
 
Sportal.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib. 
 
Uelsli mütəxəssis vətənində milli komandada tələbəsi Qaret Beylin  dünyanın ən bahalı futbolçusu olmasına münasibət bildirib. 
 
Toşak İngiltərə “Tottenhem”indən İspaniya “Real”ına 100 milyon avroya transfer edilən həmyerlisinin qiymətinin belə yüksək olmasında klub rəhbərlərini ittiham edib: “Transfer qiymətinin 100 milyon avro olması futbolçunun günahı deyil. Bu qiyməti klub prezidentləri razılaşdırıb və onların günahıdır. Yayda Beylin bəxti gətirmədi, 2 komanda – “Tottenhem”lə “Real”ın arasında qaldı. Qaret fantastik futbolçudur. Sizi buna inandırıram. Buna şübhə də etməyin”.
 
Qeyd edək ki, Toşak bu ilin martından “Xəzər Lənkəran”ın baş məşqçisidir. 

Xəbər xətti