"Onlar bizimlə rahat oynamayacaqlar"
"Xəzər Lənkəran"ın və milli komandamızın müdafiəçisi Rasim Ramaldanovun Sportal.az-a müsahibəsi
- Şimali İrlandiya ilə oyuna hazırsız?
- Hazırlaşmışıq. Rəqibimiz zəif komanda deyil. Çətin oyun olacaq. Məşqlərimizi də etmişik. Doğma meydanımızda oynayırıq. Bizə ancaq qələbə lazımdır. Əlimizdən gələni edəcəyik ki, 3 xal qazanaq.
- Futbol mütəxəssisləri Şimali İrlandiya ilə oyundan qalib ayrıla biləcəyimizi düşünür...
- Əlbəttə, biz bunu bacararıq. Oyunumuzla bunu subut edə bilərik. Şimali İrlandiyanın oyununa hamımız bələdik. Səfərdə onlarla oynamışıq və görmüşük necə komandadılar. Düzdü, orda bir xal qazandıq. Amma bu o demək deyil ki, rahat qalib gələ bilərik. Asan olmayacaq. Amma azarkeşlərimizin sevindirmək istəyirik.
- Səfərdə bu rəqiblə 1:1-lik heç-heçə etmisiz. Həmin oyun sizdə arxayınlıq yaratmayacaq ki?
- Yox. Düşnümürəm ki, belə şey olsun. Səfərdə onların qol şansları çox olsa da, biz də zəif oynamadıq. Bir xal səfərdə qazandıq. Burda isə artıq qalib gəlməliyik. Bizə 3 xal lazımdır.
- Rusiya ilə oyunda nəyə ümid etmək olar?
- Rusiya ilə çox çətin olacaq. Qrupda ümumiyyətlə zəif komanda deyil. Rusiya isə elə komandadır ki, Avropada güclülərdən sayılır. Ona görə də 1 xal qazanmağa çalışacağıq. Düzdü, rəqibə xal daha vacibdir, amma bizə də lazımdır. Onlar bizi rahat udmayacaqlar. Gəlib ürəyləri istəyən kimi oynayıb, getməyəcəklər. Meydanda can qoyacağıq.
- İmkanlarına və heyətinə görə bizdən zəif olan Lüksemburq qrupda Azərbaycanı qabaqlayır...
- Mən deyərdim ki, bizim komanda 6-cı yerə layiq deyil. Biz qrupda sadəcə Rusiya və Portuqaliyaya uduzmuşuq. Bəzi oyunlarda bəxtimiz gətirməyib. Lazımsız yerə qollar buraxıb, xal itirmişik. Bu səhvlər üzərində işləməliyik.
- “Xəzər Lənkəran”ın uğursuz çıxışı sənə milli komandanın heyətində mənfi təsir etməyəcəkki?
- Yox, belə bir şey olmaz. Biz milli komanda üçün meydana çıxıb vuruçacağıq. Düşünmürəm ki, bu mənə mənfi təsir eləsin. Oyunumuzu oynayıb, yaxşı nəticə göstərməyə çalışacağıq. Ümid edirəm ki, hər şey biz istədiyimiz kimi olar.
Elsevər MƏMMƏDOV
saytlarin hazirlanmasi