Covanni Melkiore "XL"lı futbolçuları yorur

02:02 - 10 Oktyabr 2013

Məşqlər Toşakın proqramı ilə davam edir
 
“Xəzər Lənkəran” Premyer Liqanın X turunun “Simurq”la oktyabrın 19-da səfərdə keçiriləcək oyununa doğma şəhərdə hazırlaşır.
 
Sportal.az xəbər verir ki, “ağ-yaşıllar” ötən gün iki dəfə məşq edib. 
Səhər 10:30-da və saat 17:30-da stadionun ehtiyat meydançasında keçirilən hazırlıq prosesinə çıxan komanda üzvləri yenə də fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorenin amansız məşqlərində yorulublar. İtalyan mütəxəssis əvvəlcə futbolçuları fiziki hərəkətləri yerinə yetirməklə sonra isə baş məşqçi Con Toşakın İspaniyaya yollanmazdan öncə tərtib etdiyi proqram üzrə taktiki məşqlərdə çalışdırıb. 
 
Qeyd edək ki, milli komandaların düşərgələrində olan Rahid Əmirqliyev, Rasim Ramaldanov, eləcə də Orxan Sadıqlı, Ağabala Ramazanov və Kamran Abdullazadə məşqlərə qatılmırlar.
 

Xəbər xətti