"Bakı" 6 futbolçusunu yola saldı

11:08 - 10 Oktyabr 2013

4-ü əsas milliyə, 2-si U-21 yığmasına çağrıldı

 
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimiz oktyabrın 11-də Şimali İrlandiya, 4 gün sonra isə Rusiyanı qəbul edəcək.
 
Sportal.az xəbər verir ki, artıq yığmamızın baş məşqçisi Berti Foqts heyəti açıqlayıb. Düşərgəyə dəvət olunanlar arasında paytaxt təmsilçisinin 4 üzvü də yer alıb. Bunlar Kamran Ağayev, Cavid Hüseynov, Əfran İsmayılov və Rauf Əliyevdi.
 
21 yaşadək futbolçulardan ibarət yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da səfərdə İsveç, 5 gün sonra Bakıda Portuqaliya ilə qarşılaşacaq. Heyətə çağırılanlar arasında "Bakı"nın iki üzvü - Şəhriyar Əliyev və Vadim Abdullayev də yer alıb. 

Xəbər xətti